“Qarabağ”ın Avropa Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, Ağdam klubu bu raundda Finlandiyanın HJK komandası ilə qarşılaşacaq.

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab goyununda Norveç “Molde”sinə 0:2 hesabı ilə uduzan Helsinki təmsilçisi “köhlən atlar”a rəqib olub. İlk qarşılaşmada HJK qələbə qazanmışdı – 1:0.

Azərbaycan çempionu isə qitənin bir nömrəli klub turnirində Polşa “Rakuv”u ilə bacarmayıb. Səfər matçında 2:3 hesabı ilə uduzan Qurban Qurbanovun baş məşqçi olduğu komanda Bakıda heç-heçəyə razılaşıb – 1:1.

Xatırladaq ki, Avropa Liqasının 3-cü təsnifat mərhələsinin oyunları 10-17 avqustda baş tutacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp