Avropa Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, bu gün daha 2 görüş baş tutub.

Kipr AEK-i səfərdə qalib gəldiyi Belarusun “Torpedo BelAZ” komandasını bu dəfə Larnakada sınağa çəkib. Cavab görüşü heç-heçə bitdiyindən növbəti mərhələyə Kipr təmsilçisi vəsiqə qazanıb.

Maltanın “Qzira Yunayted” komandası isə ilk oyunda 2 cavabsız qol vurduğu Lüksemburq “Düdelanj”ı ilə səfər matçında üstünlüyünü qorumağa çalışıb. Bu dəfə qələbəni Lüksemburq təmsilçisi bayram etsə də, növbəti mərhələyə vəsiqə “Qzira Yunayted”ə qismət olub.

Bu mərhələsinin qalan cavab görüşləri avqustun 3-də keçiriləcək. Azərbaycan təmsilçiləri “Neftçi”, “Sabah” və “Qəbələ” də rəqibləri ilə cavab görüşlərinə sabah çıxacaqlar.

Avropa Konfrans Liqası
2-ci təsnifat mərhələsinin cavab oyunları

2 avqust

AEK (Larnaka, Kipr) – “Torpedo BelAZ” (Belarus) 1:1 (3:2)

“Düdelanj” (Lüksemburq) – “Qzira Yunayted” (Malta) 2:1 (0:2)

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp