Avropa Liqasında 3-cü təsnifat mərhələsinin bütün cütləri müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” bu raundda Finlandiyanın HJK komandası ilə mübarizə aparacaq.

Avroliqada 3-cü təsnifat mərhələsinin ilk oyunları 10, cavab görüşləri isə 17 avqustda baş tutacaq. “Qarabağ” ilk oyununu evdə, cavab görüşünü səfərdə keçirəcək.

Avropa Liqası
3-cü təsnifat mərhələsi

Çempionlar yolu

“Jalgiris” (Litva) – “Haken” (İsveç)

“Qarabağ” (Azərbaycan) – HJK (Finlandiya)

“Zrinski” (Bosniya və Herseqovina) – “Breydablik” (İslandiya)

“Şerif” (Moldova) – BATE (Belarus)

“Astana” (Qazaxıstan) – “Ludoqorets” (Bolqarıstan)

Əsas yol

“Olimpiakos” (Yunanıstan) – “Genk” (Belçika)

“Slaviya” (Praqa, Çexiya) – “Dnepr-1” (Ukrayna)

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp