UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin bütün cütləri müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, bu raundda 20 komanda pley-offa 10 vəsiqə uğrunda mübarizə aparacaq.

Türkiyə çempionu “Qalatasaray” bu raundda Sloveniyanın “Olimpiya” (Lyublyana) komandası ilə üz-üzə gələcək. Azərbaycanlı hücumçu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su (Xorvatiya) isə bu mərhələdə Yunanıstan AEK-i ilə qarşılaşacaq.

ÇL-əd 3-cü təsnifat mərhələsinin ilk oyunları 8-9 avqustda, cavab görüşləri isə 15 avqustda baş tutacaq.

UEFA Çempionlar Liqası
3-cü təsnifat mərhələsi

Çempionlar yolu

“Rakuv” (Polşa) – “Aris” (Kipr)

“Slovan” (Slovakiya) – “Makkabi” (Hayfa, İsrail)

AEK (Yunanıstan) – “Dinamo” (Zaqreb, Xorvatiya)

“Olimpiya” (Lyublyana, Sloveniya) – “Qalatasaray” (Türkiyə)

“Kopenhagen” (Danimarka) – “Sparta” (Praqa, Çexiya)

“Klaksvik” (Farer adaları) – “Molde” (Norveç)

Liqa yolu

“Braqa” (Portuqaliya) – TSÇ (Serbiya)

“Reyncers” (Şotlandiya) – “Servett” (İsveçrə)

“Panatinaikos” (Yunanıstan) – “Olimpik” (Marsel, Fransa)

PSV (Niderland) – “Şturm Qraz” (Avstriya)

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp