Qadın voleybolçulardan ibarət Azərbaycan millisi qitə birinciliyinə hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib.

Futbolinfo.az xəbər verir ki, komandamız Belarus yığması ilə ikinci yoxlama matçına çıxıb.

Görüş millimizin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu komandaların ilk qarşılaşmasında da millimiz qalib gəlmişdi – 3:0.

Bugünkü yoxlama oyunundan sonra Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov qadınlardan ibarət millimizin üzvləri ilə görüşüb. O, voleybolçularımızla söhbət edib, onların səhhəti ilə maraqlanıb. Həmçinin AVF rəhbərinə Avropa çempionatına hazırlıq prosesi haqqında məlumat verilib.

Federasiya rəhbəri millimizin qitə birinciliyində uğurla çıxış edəcəyinə inamını bildirib, voleybolçularımıza yarışda uğurlar arzulayıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp