“Qarabağ” UEFA reytinqində Azərbaycanın aktivinə növbəti xalları yazdırıb. Futbolinfo.az xəbər verir ki, Ağdam klubu UEFA Çempionlar Liqasının (ÇL) 2-ci təsnifat mərhələsində Polşa təmsilçisi “Rakuv”la cavab görüşündə 1:1 hesablı heç-heçə etməklə buna nail olub.

Bakı Olimpiya Stadionundakı görüşdə əldə edilən bərabərlik sayəsində ölkə reytinqinə 0,125 xal əlavə olunub. Son 5 mövsümdəki ümumi xallarının sayı 15,250-yə çatan Azərbaycan reytinqdə 29-cu pillədə qalıb.

Reytinq siyahısına 88,928 xalla İngiltərə başçılıq edir. İspaniya (75,927) ikinci, İtaliya (71.569) isə üçüncü yerdə qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp