Lionel Messi yenə fərqlənib. O, yeni klubu “İnter Mayami”də bu dəfə dubl edib.

Futbolinfo.az xəbər verir ki, argentinalı Liqa kubokunun 1/16 finalında “Orlando Siti”yə qarşı matçın 7 və 72-ci dəqiqələrində fərqlənib.

Görüş “İnter Mayami”nin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Bununla da, komanda növbəti mərhələyə yüksəlib.

Liqa Kubokunda ABŞ və Meksika komandaları oynayır.

Messi bu yay transfer olduğu “İnter Mayami”də 5 qol vurub. O, bundan əvvəl “Atalanta Yunayted”lə matçda 2 qol vurub, 1 qolun ötürməsini verib. Argentinalı hücumçu “Kruz Azul”la debüt görüşündə isə 1 dəfə fərqlənmişdi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp