Yoşko Qvardiolun “Mançester Siti”yə transferi tamamlanır. Xorvatiya millisinin üzvü sabah ilk tibbi müayinədən keçəcək.

Futbolinfo.az xəbər verir ki, “şəhərlilər” mərkəz müdafiəçisinin keçidi üçün “Leypsiq”lə ortaq məxrəcə gələ bilib. Uzun sürən danışıqlardan sonra tərəflər 90 milyon avroya razılaşıb.

Şəxsi müqaviləsinin detallarını daha öncədən razılaşdıran Qvardiolun transferi gələn həftə rəsmən açıqlanmalıdır. O, komandadan ayrılacaq Aymerik Laportu əvəz edəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp