Meksikanın “Krus Asul” klubunun hücumçusu Auqusto Lottinin “Neftçi”yə keçidi baş tutmayıb. Futbolinfo.az-ın yerli mətbuata istinadən məlumatına görə, tərəflər arasında danışıq uğursuz alınıb.

“Ağ-qaralar” argentinalı forvardı icarəyə götürməyi planlaşdırırdı. Lakin Azərbaycan təmsilçisinin təklifi 27 yaşlı futbolçunu qane etməyib. İndi onun uğrunda mübarizədə Argentina “Lanus”u favorit sayılır. Həmçinin Yunanıstan təmsilçisi “Volos” da bu keçiddə maraqlıdır.

Qeyd edək ki, Auqusto Lottinin hazırkı komandası ilə sözləşmsi 2026-cı ilin sonuna qədərdir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp