Formula 1 üzrə İkiqat dünya çempionu Maks Verstappen GT3 sinfində öz komandasının yaradılması üzərində işlədiyini açıqlayıb.

“Bu layihə mənə güc verir. Düzdür, hələ yaranma dövründədir. Mənə yaxın insanların müxtəlif yarış növlərində təşəbbüsləri var, onlara sponsorluq edir və köməklik göstəririk, məsləhət və tövsiyələr veririk.

Hər şey virtual yarışlardan başladı. Bundan əlavə, biz DTM, GTWC Sprint və atamla rallidə fəal işləyirik. Ancaq əsas məqsəd öz yarış komandamızı yaratmaqdır. GT3 ilə başlayacağıq və nə qədər irəli gedə biləcəyimizə baxacağıq.

Mən bir işə başlayanda onu yaxşı etmək istəyirəm. Söhbət simulyasiya edilmiş yarışdan GT3-ə qədər bir keçid yaratmaqdan gedir. Bunun sayəsində insanlar avtomobil idmanına təkcə kartinq vasitəsilə gəlməyəcəklər. Bilirsiniz ki, belə yol baha başa gəlir və hər kəsin imkanı daxilində olmur”, – deyə “Red Bull” pilotu məlumat verib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp