PSJ-nin qapıçısı Serxio Rikonun beynindən anevrizma (beyin damarlarında şişmə və ya çıxıntı) çıxarılıb. Bu barədə “Telecinco” məlumat yayıb.

Futbolinfo.az xəbər verir ki, əməliyyat təxminən bir saat çəkib. Hazırda futbolçu Sevilya xəstəxanasındadır.

Xatırladaq ki, ispan qapıçı bu il mayın 28-də atdan yıxılaraq ağır yaralanmışdı. O, tibbi vertolyotla xəstəxanaya çatdırılmışdı.

Bundan əvvəl qapıçıya beyin qanaması diaqnozu qoyulduğu bildirilirdi.

Əlavə edək ki, futbolçu 19 gün komada qalıb, iyulun 4-də isə reanimasiyadan adi palataya köçürülüb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp