Sabah Premyer Liqada ilk oyununa çıxacaq “Araz-Naxçıvan” transfer çalışmalarını da davam etdirir.

Futbolinfo.az xəbər verir ki, sözügedən klub bu gün daha bir legionerlə müqavilə imzalayıb.

İqor Ribeyro 1 il ərzində “Araz-Naxçıvan”ın formasını geyinəcək. Braziliyalı mərkəz müdafiəçisinin sonuncu klubu Paraqvay “Takuari”si olub. 26 yaşlı futbolçu buna qədər vətənində “Qama”, “Bandeyrante” və “Seylandiya” komandalarının heyətində çıxış edib.

Xatırladaq ki, “Araz-Naxçıvan” buna qədər Nuno Rodriqes, Vanderson, Semir Bukviç, Miço Kuzmanoviç, Numan Kurdiç, Məhəmməd Kadiri, İsmail Azzaui, Elvis Maşike, Orxan Əliyev, Vüsal Şabanov, Tuqay Əlizadə, Bayraməli Qurbanov, Həzrət İsayev, Turan Manafov, Vadim Abdullayev, Nihat Qurbanlı, Nicat Süleymanov, Elçin Mustafayev, Abdulla Rzayev və Zamiq Əliyevlə də müqavilə imzalamışdı.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp