Lüis Həmilton “Mercedes”lə yeni müqavilə imzalamağa hazır olduğunu dəfələrlə bildirib. Bunun üçün bütün detalların razılaşdırılması lazımdır. Lakin vaxt keçir və müqavilə hələ də imzalanmayıb. Bu da müxtəlif şayiələrə səbəb olur. Həqiqətən də hazırda danışıqlar ingiltərəli pilotun və komandanın istədiyi kimi getmir.

Futbolinfo.az xəbər verir ki, bəzi məlumatlara görə, Həmilton karyerasını başa vurduqdan sonra “Mercedes” markasının səfiri olmaq  istəyir. Lakin Almaniya şirkəti bununla razı deyil. Belçikada komandanın rəhbəri Toto Volff yeni müqavilənin yalnız Lüisin yarışacağı dövrü əhatə edəcəyini açıq şəkildə bildirdi.

“Biz Lüisin səfir roluyla bağlı danişqlar aparmırıq, bu mövzu ümumiyyətlə mövcud müqavilə danışıqlarının bir hissəsi deyil. Düşünürəm ki, Lüisi pilot kimi hələ uzun illər seyr edəcəyik. Hazırda isə məqsəd müqavilənin detallarını yeniləməkdir.

Bilirəm ki, kənardan hələ də heç nəyə imza atmamağımız qəribə görünür. Amma əsas detallardan başqa kiçik bəndlər də var ki, onlarda razılıq əldə edilməlidir”, – deyə Volff qeyd edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp