“Kəpəz”in yeni transferi Olavale Onanuqa klubun mətbuat xidmətinə açıqlama verib.

Futbolinfo.az xəbər verir ki, nigeriyalı yarımmüdafiəçi bunları söyləyib:

“Bura gəldiyimə görə şadam. Özümü evimdəki kimi hiss edirəm. Komandaya uyğunlaşma dövrüm tez keçir. Vaxt keçdikcə daha yaxşı formada olacağam. Mehriban kollektivimiz var. Komanda şəklində əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Hazırlığımız yaxşı gedir. Məşqçilərimizin bizdən nə istədiklərini bilirik. Həmin tapşırıqları yerinə yetirməyə çalışırıq. Məqsədimiz uğurlu çıxış etməkdir. Bunun üçün səylə məşq edirik”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp