Avrokuboklarda debüt edən “Sabah” ilk cəhdində mərhələ adlamağı bacardı. Latviyanın RFŞ klubuna hər iki oyunda (2:0, 2:1) qalib gələn bakılılar artıq Konfrans Liqasının 3-cü təsnifat mərhələsindədir.
Futbolinfo.az xəbər verir ki, “Sabah”ın növbəti rəqibi də bəllidir. Təmsilçimiz Serbiya “Partizan”ı ilə qarşılaşacaq.
“Partizan” Azərbaycan klubları ilə 4-cü dəfə rəqib olacaq. Daha öncə “İnter” və iki dəfə “Neftçi” ilə qarşılaşan serblər bütün hallarda üstün olub.
Ümumiyyətlə isə avrokuboklarda indiyədək 5 Azərbaycan klubu 5 Serbiya təmsilçisi ilə görüşüb:
12.08.1999. UEFA Kub. Neftçi – Srvena Zvezda 2:3
26.08.1999. Belqrad UEFA Kub. Srvena Zvezda – Neftçi 1:0
17.07.2008 Novi-Sad UEFA Kub. Voyvodina – Olimpik Bakı 1:0
29.07.2008 Bakı UEFA ÇL İnter Bakı – Partizan 1:1
31.07.2008 Bakı UEFA Kub. Olimpik Bakı – Voyvodina 1:1
06.08.2008 Belqrad UEFA ÇL Partizan – İnter Bakı 2:0
20.09.2012 Belqrad UEFA AL QM Partizan – Neftçi 0:0
22.11.2012 Bakı UEFA AL QM Neftçi – Partizan 1:1
21.08.2014 Belqrad UEFA AL Partizan – Neftçi 3:2
28.08.2014 Bakı UEFA AL Neftçi – Partizan 1:2
16.07.2015 Belqrad UEFA AL Çukariçki – Qəbələ 1:0
23.07.2015 Bakı UEFA AL Qəbələ – Çukariçki 2:0
29.06.2017 Luçani UEFA AL Mladost Luçani – İnter Bakı 0:3
06.07.2017 Bakı UEFA AL İnter Bakı – Mladost Luçani 2:0
21.07.2021 Belqrad, Serbiya UEFA KL Çukariçki – Sumqayıt 0:0
29.07.2021 Sumqayıt, Azərbaycan UEFA KL Sumqayıt – Çukariçki 0:2
Xatırladaq ki, III təsnifat mərhələsinin oyunları 10 və 17 avqust tarixlərində oynanılacaq. İlk oyun Bakıda reallaşacaq.