“Bayern”in hücumçusu Leroy Sane baş məşqçi Tomas Tuhelə tərif yağdırıb. Almaniya millisinin üzvü çalışdırıcı haqda deyilənləri əyani şəkildə gördüyünü bildirib.

Futbolinfo.az xəbər verir ki, Sane Tuhellə daha öncə işləmiş Antonio Rudiger və İlkay Gündoğandan eşidibmiş: “Bu oyuçulardan Tuhel barədə soruşmuşdum. İkisi də hər zaman onu təriflədi. Münhendə birlikdə işləmək şansımız var və deyilənlərin həqiqət olduğunu görürəm. Onun istədklərini anlamaq çox rahatdır”.

Sane Tuhelin işində çox diqqətli olduğunu deyir: “Diqqətlidir, mümkün olduqca heç nəyi şansa buraxmır. “Bayern”in çox çətin durumda olduğu bir zamanda təyinat aldı və bizi böhrandan mçıxardı. Onunla doğru yoldayıq. Onunla çox danışmıram, amma mənə motivasiya verir və məşqçiyə güvənirəm”.

Shares: