“Neftçi” Bakı Olimpiya Stadionuna (BOS) köçür. Komanda Konfrans Liqasının II təsnifat mərhələsində “Beşiktaş”la matçı ölkənin ən böyük arenasında oynayacaq.
Futbolinfo.az xəbər verir ki, rəqib komandanın adına görə oyuna ciddi marağın olacağı nəzərə alınaraq belə addım atılıb. Belə ki, “Bakcell Arena” belə vacib oyunu təşkil etmək üçün uyğun deyil.
Qeyd edək ki, “Qarabağ” bu mövsüm BOS-da iki oyun keçirib. Amma Respublika Stadionunda təmir işləri başa çatdığı üçün ağdamlılar mərkəzi arenaya qayıdır və “Neftçi”nin burada oynamasında problem yoxdur.
Qərarın rəsmən açıqlanmamasının səbəbi “Beşiktaş”ın hələ növbəti mərhələyə vəsiqəni rəsmiləşdirməməsidir. Hazırda İstanbul klubu “Tirana” ilə cavab oyununu keçirir. Albanyada hesabı açan Türkiyə klubu ümum hesabda 3 top fərqi ilə öndədir.