Artur Masuaku “Neftçi”yə qarşı oynaya bilməyəcək. “Beşiktaş”ın konqolu legioneri “Tirana” ilə hazırda davam edən oyunda qırmızı vərəqə alıb.
Futbolinfo.az xəbər verir ki, 30 yaşlı müdafiəçi hazırda davam edən görüşün 66-cı dəqiqəsində meydandan qovulduğu üçün Konfrans Liqasının III təsnifat mərhələsində Neftçi”yə qarşı hər iki oyunu kənardan izləyəcək.
Xatırladaq ki, “Neftçi” “Beşiktaş”la avqustun 10 və 17-də qarşılaşacaq.