“Neftçi” və “Sabah” UEFA reytinqində Azərbaycanın aktivinə növbəti xalları yazdırıblar. Futbolinfo.az xəbər verir ki, “ağ-qaralar” Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab matçında “Jelezniçar”ı (Bosniya və Herseqovina) 2:0, “bayquşlar” isə RFŞ-i (Latviya) 2:1 hesabı ilə məğlub edərək buna nail olub.

Həmin iki qələbə sayəsində ölkə reytinqinə 0,500 xal əlavə olunub. Son 5 mövsümdəki ümumi xallarının sayı 15,750-yə çatan Azərbaycan reytinqdə 29-cu pillədə qalıb.

Reytinq siyahısına 88,928 xalla İngiltərə başçılıq edir. İspaniya (75,927) ikinci, İtaliya (71.569) isə üçüncü yerdə qərarlaşıb.

Shares: