8-ci kilometr stadionu daha “Bakcell Arena” adlanmayacaq. AFFA ilə sözügedənşirkət arasında uzun müddətdir davam edən danışıqlar müsbət nəticə verməyib.

Futbolinfo.az-ın əldə etdiyi məlumata görə, stadionda tezliklə işlər başlanacaq və “Bakcell”ə aid bütün nişanələr aradan qaldırılacaq. AFFA-nın balansında olan, “Neftçi”nin icarə qaydasında faydalandığı idman quruğusu ilə bağlı bundan sonrakı addımlar klubdan asılı olacaq. Bakılılar yeni sponsor tapa bilsə, stadionun adı dəyişəcək, əks halda “8-ci kilometr stadionu” adından istifadə ediləcək.

Xatırladaq ki, uzun illərdir AFFA-nın müxtəlif layihələrinə dəstək verən şirkət 2013-cü ilin yanvarından sözügedən stadionun adına yiyələnmişdi. Bir neçə dəfə yenilənən müqavilə bu ilin əvvəlində başa çatıb. İndiyədək pulsuz reklam olunan şirkətin yayda müqaviləni uzadacağı ehtimal edilirdi. Lakin son qərar əməkdaşlığın dayandırlması olub.

Stadion 8KM 110113 - Futbolinfo.az
Shares: