Dünən Maykl Cordana məxsus “Şarlott Hornets” səhmlərinin böyük hissəsinin Rik Şnall və Geyb Plotkinə məxsus kompaniyaya satıldığı elan edilib.

Yayılan rəsmi  bəyanatda Cordan bu sözləri deyib: “Mən idarəetməni iki uğurlu, novator və strateji liderə – Geyb və Rikə təhvil verməkdən məmnunam. Mən “Hornets”in etibarlı əllərdə olduğunu və irəliləyəcəyini bilirəm. Komandanın gələcək həyatında yeni rolda dəstəyimi davam etdirəcəyəm”.

Komandanın səhmlərinin əsas hissəsini satmasına baxmayaraq, Cordan minoritar sahib kimi qalmaqda davam edəcək. Məlumata görə, əfsanəvi basketbolçu səhmləri təxminən 3 milyard dollara satıb.

Xatırladaq ki, Cordan klubu 2010-cu ildə 275 milyon dollara almışdı.

Plotkin və Şnall yaydıqları birgə bəyanatda Maykl Cordana təşəkkürlərini ifadə ediblər: “Biz bu fürsətə görə Maykla təşəkkürmüzü çatdırırıq. O işlədiyi müddətdə “Hornets”ə sabitlik gətirib, komandanı inkişaf etdirib və sərmayə qoymaqla uğurlar əldə edib. Qarşıdakı illərdə də bu uğurumuzu artırmağa çalışacağıq”.

Yeni rəhbərlər “Hornets”i həm meydançada, həm də kənarda yeni səviyyəyə çıxarmaq niyyətindədirlər. Əlavə edək ki, yeni sahiblərin qrupuna Şnall və Plotkindən başqa Kris Şamvey, Dan Sandheim, Jan Lorinq, Endryu Şvartzberq, “Dyal Home Court Partners”, hər ikisi Şimali Karolinadan olan rəssamlar J.Koul və Erik Çörç və bir neçə yerli investorlar daxildir.

Shares: