“Neftçi”nin prezidenti Fərrux Mahmudov komandasının “Beşiktaş”la qarşılaşmasının 8-ci kilometr stadionunda oynanılacağını açıqlayıb. O, bu qərarı çoxsaylı azarkeş müraciətlərinə görə verdiklərini bildirib.
Klub rəhbəri “Futbolnfo”nun bu gün yaydığı xəbəri də təsdiqləyib: “Bugündən etibarən arenamızın adı nə “Bakcell Arena”, nə də “8-ci kilometr Arena” adlanacaq. Arenamızın adı “Neftçi Arena” oldu. Yaxın zamanlarda bütün fasad reklamları dəyişəcək”.