“Neftçi” və “Sabah”ın UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunlarını idarə edəcək hakimlər açıqlanıb.
Futbolinfo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, avqustun 10-da Bakıda keçiriləcək “Neftçi” – “Beşiktaş” matçını İsveçrədən olan hakimlər briqadası idarə edəcək.
Lukas Fandrix matçın baş hakimi olacaq. Ona yan xətdə Conas Erni və Guillaume Mayre kömək edəcək. Lionel Tsçudi isə 4-cü hakim funksiyasını yerinə yetirəcək.
Eyni gündə Bakıda oynanılacaq “Sabah” – “Partizan” görüşünü isə gürcüstanlı Giorgi Kruaşvili idarə edəcək. Yan xətdə ona Levan Varamişvili və Zaza Pipia yardım göstərəcəklər. Matçın 4-cü hakimi Aleko Aptsiauri olacaq.
Qeyd edək ki, “Bank Respublika Arena”da keçiriləcək “Sabah” – “Partizan” oyunu saat 20:00-da, “Neftçi” Arena”da oynanılacaq “Neftçi” – “Beşiktaş” matçı isə saat 21:00-da başlayacaq.