“Yaxşı oyun oldu. Matçın tempinə biz nəzarət edirdik”. Bunu futbolinfo.az-a açıqlamasında “Neftçi”nin yarımmüdafiəçisi Ataa Caber deyib.
İsrailli futbolçu Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Jelezniçar”a 2:0 hesabı ilə qalib gəldikləri matçdan danışıb: “Məşqçinin göstərişlərinə əməl etdiyimiz nəticədən bəllidir. Hər oyundan-oyuna komanda daha çox artıracaq. “Uğurlu” sözünü sevmirəm. Biz daha çox çalışmalı və özümüzə inanmalıyıq. Futbolda hər şey mümkündür. Qarşıda “Beşiktaş”la oyunumuz var. Dediyim kimi, bunun üçün məşqçinin göstərişlərinə əməl etməli və inanmalıyıq. Çox maraqlı matçlar bizi gözləyir. Planımıza uyğun hərəkət etməliyik”.
29 yaşlı oyunçu Adrian Mutu barədə suala da cavab verib: “O, çox peşəkardır. Qısa müddətdə komandaya lazım olanları öyrətdi, biz də öyrənməyə davam edirik. Bu il komanda daha rəqabətədavamlı və intizamlı olacaq”.
Caber Azərbaycan Premyer Liqasının startından danışıb və “Beşiktaş” oyunu öncəsi “Kəpəz”lə matç üçün Gəncəyə – uzaq səfərə yollanmalarından söz açıb: “Biz peşəkar oyunçularıq. Bu vəziyyətlərə öyrəşməliyik. Gəncəyə səfər asan olmayacaq. Amma şikayət etməli deyilik. İşimizi görəcəyik”.