Dmitri Çiqrinski yenidən “Şaxtyor”da oynayacaq. 36 yaşlı müdafiəçi Donetsk klubuna dönüb.
Futbolinfo.az xəbər verir ki, veteran müdafiəçi Ukrayna klubu ilə 2024-cü ilin yayınadək müqavilə bağlayıb. Bu, onun “Şaxtyor”da üçüncü dönəmi olacaq.
2006-cı ildə “Şaxtyor”un əsas komandasında debüt edən müdafiəçi 2019-da “Barselona”ya satılmış, növbəti il geri alınmışdı. Daha sonra “Dnepr”, AEK və “İonikos”da oynayab Çiqrinski bu gün azad agent kimi keçmiş komandası ilə müqaviləni rəsmiləşdirdi.