Ardıcıl 3-cü mövsüm çempionatın ilk qolunu legioner vurdu. Hazırda davam edən “Araz-Naxçıvan” – “Turan Tovuz” görüşündə hesabı açan qonaqların hücumçusu Martin Petkov tarixə düşdü.
Futbolinfo.az xəbər verir ki, bolqar forvard tovuzluların bunu bacaran ikinci oyunçusudur. 2005-ci ildə Junivan Suares də mövsümün ilk qolunu vura bilmişdi. O zaman qərblilər “Qarabağ”ı 2:1 hesabı ilə məğlub etmişdi.
Xatırladaq ki, ötən mövsüm də çempionatın açılış qolu Mərdəkanda vurulmuşdu. Keçən çempionatda “Zirə”nin yarımmüdafiəçisi Mohamed Hamdaui “Kəpəz”i məyus etmişdi. Gəncəlilər kimi, “Araz-Naxçıvan”ın da ev oyununu məcburiyyətdən “Dalğa Arena”da keçirdiyini qeyd edək.