UEFA AFFA-nın üç avrokubok oyununun eyni gündə Bakıda keçirilməməsi ilə bağlı müraciətinə cavab verib.
AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentindən Futblinfo.az saytına verilən məlumatda bunlar qeyd olunub:
“Üç avrokubok oyununun eyni gündə Bakıda keçirilməməsi ilə bağlı UEFA-ya müraciət etmişdik. UEFA-dan bizə cavab verildi ki, qonaq komandalardan biri razılaşarsa, matçlardan biri avqustun 9-da keçirilə bilər. Lakin rəqib komandalar səfər proqramını öncədən tərtib etdiklərindən bununla razılaşmadılar. Nəticədə, UEFA yekun qərarı verdi ki, oyunlar bir gündə avqustun 10-da keçirilsin”.
Xatırladaq ki, avqustun 10-da Avropa Liqasında “Qarabağ” HJK-nı, Konfrans Liqasında isə “Neftçi” “Beşiktaş”ı, “Sabah” “Partizan”ı qəbul edəcək.