Bolqarıstan çempionatında 4-cü turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Cəlal Hüseynovun komandası “Arda” da növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə Plovdiv “Botev”i ilə qarşılaşıb və və 2:1 hesabıyla qalib gəlib.

Cəlal da bu matçın iştirakçısı olub. Əvvəlki turlarda sənəd probleminə görə oynaya bilməyən futbolçumuz nəhayət ki, bu görüşün 73-cü dəqiqəsində meydana buraxılıb və Bolqarıstan çempionatında debüt edib.

“Arda” 4 turdan sonra 4 xalla 6-cı pillədə qərarlaşıb.

Shares: