Azərbaycan Premyer Liqasında 1-ci turun oyunları keçirilir.

Futbolinfo.az xəbvər verir ki, bu gün daha iki oyun keçiriləcək.

Əvvəlcə “Səbail”lə “Sumqayıt” komandaları birincilərin meydanında üz-üzə gələcəklər.

Ardından son çempion “Qarabağ” yeni mövsümə start verəcək. Ağdam təmsilçisi doğma arenasında “Zirə”ni qəbul edəcək.

Qeyd edək ki, ötən gün keçirilən mövsümün açılış oyununda “Turan Tovuz” səfərdə “Araz-Naxçıvan”a 3:0 hesabı ilə qalib gəlib. Tura avqustun 6-da baş tutacaq “Kəpəz” – “Neftçi” (17:00), “Sabah” – “Qəbələ” (20:00) matçları ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası
1-ci tur
5 avqust

18:30. “Səbail” – “Sumqayıt”
Baş hakim: Elçin Məsiyev
“ASCO Arena”

21:00. “Qarabağ” – “Zirə”
Baş hakim: Əliyar Ağayev
“Azersun Arena”

Shares: