Entoni Devis bundan sonra da “Los-Anceles Leykers”in şərəfini qoruyacaq. ESPN-in verdiyi məlumata görə, klub və basketbolçu müqaviləni daha 3 il artırmaqla bağlı razılığa gəliblər. Müqavilənin bu müddət üçün dəyəri 186 milyon dollar təşkil edəcək.

Futbolinfo.az xəbər verir ki, Devisin hazırkı sözləşməsi 2 ildən sonra bitəcək. Razılaşdırılan yeni müqavilə 2025-ci ildən qüvvəyə minəcək. 30 yaşlı basketbolçunun qazancı bir ilə 62 milyon dollar olacaq. Bu da MBA tarixinin ən yüksək məvacibidir.

Son mövsümdə mərkəz basketbolçusunun orta statistik göstəricisi bir oyuna 25,9 xal, 12,5 ribaund və 2,6 assist təşkil edib.

Shares: