Sloveniya milli komandasının lideri Luka Donçiç Yunanıstanla yoldaşlıq görüşündə sona qədər oynaya bilməyib. Buna səbəb ulduz basketbolçunun zədələnməsi olub.

Futbolinfo.az xəbər verir ki, Yunanıstan millisinin 88:77 hesablı qələbəsi ilə bitən qarşılaşmada Donçiç Georgios Papayannislə toqquşmada zədə alıb. Böyük fasiləyə qədər meydançada qalan Donçiç 3-cü perioddan sonra görünməyib. Həkimlərin verdiyi məlumata görə, basketbolçunun zədəsi ciddi deyil. O , dünya çempionatına hazırlığı davam etdirəcək.

Xatırladaq ki, basketbol üzrə dünya çempionatı Filippin, Yaponiya və İndoneziyada keçiriləcək. Bir çox güclü basketbolçunun iştirak etməyəcəyi çempionatda Sloveniya milli komandası favoritlərdən biri sayılır.

Shares: