La liqa TV hüquqdan gələn gəlirin bölüşdürülməsində dəyişiklik edib. Qurum çempionatın tamaşaçılara daha yaxın olmasına çalışır. Bunun üçün də onlar daha çox kontent təklif etmək qərarına gəliblər. Bundan sonra komandaların soyunub-geyinmə otağında baş məşqçinin çıxışı, futbolçuların isinmə hərəkətləri zamanı söhbəti və su fasləsi zamanı danışıqlar televiziya auditoriyası üçün əlçatan olacaq.

Futbolinfo.az xəbər verir ki, TV hüquqdan əldə edilən gəlirin 25%-inin paylaşdırılması məhz buna əsaslanacaq. Əldə edilən qazancın üçdə biri bilet və abonement satışına görə bölüşdürüləcək. Digər 33,3%-in bölgüsü zamanı əsas diqqət klubların teleauditoriyasına veriləcək.

İlkin hesablamalara görə, sosial yönümlü aksiyalar və tamaşaçıya daha açıq olan komandalar arasında 130 milyon avro paylaşılacaq.

Qeyd edək ki, bu qərar klubların iclasından sonra qəbul edilib. 21 səsdən 18-i belə bir qaydanı təqdir edib. İki tərəf səsvermədən boyun qaçırıb. Yalnız Madrid “Real”ı bu qərara qarşı çıxıb. Xatırladaq ki, səsvermədə 20 klubla yanaşı La liqanın özü də bir səs kimi iştirak edir.

Shares: