Ferrari 2024-cü il üçün tam yeni maşın hazırlayacaq. İtaliya mətbuatının məlumatına görə, şassi şöbəsinin müdiri Enriko Kardilenin rəhbərliyi altında yaradılacaq 676 adlı yeni bolid builkindən tamamilə fərqlənəcək.

Komanda 2022-ci ilin texniki reqlamentinə uyğun olaraq yan pontonlu formadan imtina etmək fikrindədir. Yeni maşın “Red Bull”un konsepsiyasına uyğun olsa da, tam kopyası olmayacaq.

Xatırladaq ki, yeni rəhbər Frederik Vasyörin gəlişindən sonra bu, hazırlanmış ilk maşın olacaq. Fransız mütəxəssis hər gün Enriko Kardile ilə görüş keçirir və işlərin hansı yerdə olduğu ilə maraqlanır. Yeni maşının yaradılmasında motor sexinin rəhbəri Enriko Qltyeri də yaxından iştirak edir.

İtaliya mətbuatının verdiyi məlumata görə, 2024-cü il maşınında builkindən yalnız bir neçə bolt qalacaq. Ferrari yeni maşında motoru qoruyub saxlayacaq. Onun yenilənməsi isə 2026-cı ilə qədər qadağan edilib.

Shares: