Niderland Super Kubokunun sahibi müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, həlledici matçda son ölkə çempionu “Feyenoord” və ölkə kubokunun son qalibi PSV qarşılaşıb.

1:0 hesabı ilə qalib gələn PSV Super Kubokun sahibi olub. Yeganə qolu 79-cu dəqiqədə Noa Lanq vurub.

Beləliklə, PSV ardıcıl 3-cü, tarixində 14-cü dəfə Niderland Super Kubokunu qazanıb.

Shares: