Rumıniya millisinin yarımmüdafiəçisi Olimpiu Morutan “Neftçi”yə keçməyəcək.

Futbolinfo.az xəbər verir ki, bu barədə 24 yaşlı futbolçunun meneceri Covanni Becali açıqlama verib.

“Qalatasaray”ın oyunçusunun adı Azərbaycan klubu ilə birgə hallansa da, menecer bildirib ki, nə “ağ-qaralar”dan, nə də komandanın rumıniyalı baş məşqçisi Adrian Mutudan təklif alıb. O, Morutanın 3 variantının olduğunu və onlardan birini seçəcəyini söyləyib: “Konyaspor”, “Palermo” və “Sampdoriya”dan ona maraq var. Morutan Türkiyə və ya İtaliya komandasına icarəyə veriləcək”.

Qeyd edək ki, ötən mövsümü icarə əsasında İtaliya klubu “Pisa”da keçirən Olimpiu Morutan hazırda müqavilə ilə məxsus olduğu “Qalatasaray”ın düşərgəsindədir.

Shares: