“Mançester Siti” Almaniyanın “Leypsiq” klubundan müdafiəçi Yoşko Qvardiolu transfer edib.

Futbolinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, onunla beş illik müqavilə imzalanıb.

Yoşko “şəhərlilər”in heyətində 24 nömrəli forma altında çıxış edəcək.

İngiltərə çempionu bu transfer üçün qarşı tərəfə 90 milyon avro ödəyib.

Shares: