“Neftçi”nin baş icraçı direktoru Fərrux Mahmudov “Bakcell Arena”nın adını dəyişdirilərək “Neftçi Arena” olmasını şərh edib. O, stadionun adını vermək üçün bir neçə təkliflərinin olduğunu bildirib. Amma yekunda sponsorun gətirilməsinə ehtiyac duymadıqlarını deyib.

“Futbolinfo”nun əməkdaşının AFFA-nın balansında olan 8-ci kilometr stadionununa “Neftçi”nin adının hansı əsaslı verildiyini soruşub: “Bəli, stadion AFFA-nın balansındadır. Assosiasiya ilə razılığımız var, məşqlərimizi, oyunlarımızı burada keçiririk. Bu səbəbdən stadionun adı bundan sonra “Neftçi Arena” adlanacaq”.

Shares: