Türkiyənin “Beşiktaş” klubunun Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Neftçi” ilə keçirəcəyi oyunlar üçün iştirak ərizəsi açıqlanıb.

Futbolinfo.az xəbər verir ki, avqustun 10-da Bakıda, 17-də isə İstanbulda baş tutacaq qarşılaşmalarda baş məşqçi Şenol Günəşin sərəncamında ümumilikdə 33 futbolçu olacaq.

Siyahıda 5 qapıçı, 8 müdafiəçi, 13 yarımmüdafiəçi və 7 hücumçu var:

Qapıçılar: 1. Ersin Destanoğlu, 34. Mert Günok, 63. Emir Yaşar, 94. Göktuğ Baytekin, 97. Utku Yuvakuran;

Müdafiəçilər: 3. Fransisko Montero, 4. Onur Bulut, 6. Omar Kolli, 12. Daniel Amarti, 24. Valentin Rozye, 26. Artur Masuaku, 60. Aytuğ Kömeç, 77. Umut Meraş;

Yarımmüdafiəçilər: 8. Salih Uçan, 17. Kərəm Kesgin, 18. Raşid Gezzal, 19. Amir Haciahmetoviç, 20. Necip Uysal, 21. Dəmir Tıknaz, 22. Berkay Vardar, 23. Kartal Yılmaz, 27. Emirhan Delibaş, 41. Oğuzhan Akgün, 71. Jan Onana, 83. Jedson Fernandes, 99. Emrecan Bulut;

Hücumçular: 7. Ante Rebiç, 9. Cenk Tosun, 10. Vensan Abubakar, 40. Cekson Muleka, 62. Azad Dəmir, 64. Mustafa Həkimoğlu, 90. Semih Kılıçsoy.

Shares: