Azərbaycan Premyer Liqasında 1-ci turun görüşləri davam edir.

Futbolinfo.az xəbər verir ki, bu günə nəzərdə tutulmuş iki oyundan biri artıq başa çatıb.

Əvvəlcə “Səbail” öz meydanında “Sumqayıt”ı sınağa çəkib. Bolqollu matçda qonaqlar darmadağına seviniblər.

Günün digər oyununda “Qarabağ” “Zirə”ni qonaq edəcək.

Qeyd edək ki, dünən keçirilən mövsümün açılış oyununda “Turan Tovuz” səfərdə “Araz-Naxçıvan”ı 3:0 hesabı ilə məğlub edib. Tura sabah baş tutacaq “Kəpəz” – “Neftçi” (17:00) və “Sabah” – “Qəbələ” (20:00) görüşləri ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası
1-ci tur
5 avqust

“Səbail” – “Sumqayıt” 1:4
Qollar: David Qomis, 62 – Rövlan Muradov, 27. Erik Sorqa, 67-pen. Kamran Quliyev, 70. Səbuhi Abdullazadə, 76.
Baş hakim: Elçin Məsiyev
“ASCO Arena”.

Səbail: 1. Səlahət Ağayev, 10. Ağabala Ramazanov (k), 5. Adil Nağıyev, 6. Cabir Əmirli, 74. Yusif Nəbiyev, 88. Valdemar Almeyda, 99. David Qomis, 90. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 55. Nir Bardea, 44. Yadin Luqasi.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 25. Nicat Məmmədzadə, 9. Amil Yunanov, 8. Bahadur Həziyev, 17. Rafael Məhərrəmli, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 19. Samir Abdullayev, 38. Zeynəddin Abdurahmanov, 34. Taleh Qarayev, 16. Emin Rüstəmov, 4. Adi Mehremiç.
Baş məşqçi: Şahin Diniyev.
Sumqayıt: 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 30. Kamran Quliyev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 4. İsa Suliman, 9. Erik Sorqa, 71. Masaki Murata.
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 32. Murad Ağamalıyev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 41. Uğur Cahangirov, 58. Oktavio Manteka, 10. Kamran Aliev, 60. Tresor Mossi.
Baş məşqçi: Samir Abasov.

Shares: