Azərbaycan Premyer Liqasında 1-ci turun görüşləri davam edir.

Futbolinfo.az xəbər verir ki, bu gün daha bir matç keçirilib.

Günün sonuncu oyununda “Qarabağ” “Zirə”ni qonaq edib. “Zirə” bu oyunda minimal hesabla qalib gələrək Premyer Liqada tarixində ilk dəfə bu rəqibi üzərində qələbəyə sevinib.

Qeyd edək ki, dünən keçirilən mövsümün açılış oyununda “Turan Tovuz” səfərdə “Araz-Naxçıvan”ı 3:0 hesabı ilə məğlub edib. Bu gün baş tutan “Səbail” – “Sumqayıt” matçında da qonaqlar darmadağına seviniblər – 4:1.

Tura sabah baş tutacaq “Kəpəz” – “Neftçi” (17:00) və “Sabah” – “Qəbələ” (20:00) görüşləri ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası
1-ci tur
5 avqust

“Qarabağ” – “Zirə” 0:1
Qol: Dmitrios Çantakias, 49.
Baş hakim: Əliyar Ağayev
“Azersun Arena”.

Qarabağ: 89. Amin Ramazanov, 20. Riçard Almeyda, 5. Maksim Medvedev (k), 55. Bədavi Hüseynov, 4. Rahil Məmmədov, 83. Nihad Quliyev, 90. Nəriman Axundzadə, 66. Patrik Andrade, 17. Hamidu Keyta, 11. Adama Diakabi, 19. Redon Cica.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 23. Luka Quqeşaşvili, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 10. Abdullah Zubir, 81. Kevin Medina, 7. Yassin Benzya, 18. Olavio Juninyo, 6. Julio Romao, 15. Leandro Andrade.
Baş məşqçi: Qurban Qurbanov.
Zirə: 97. Tiaqo Silva, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 11. Rüstəm Əhmədzadə, 9. Vladislav Kulaç, 4. Ruan Renato, 44. Dmitrios Çantakias, 15. Pyer Zebli, 28. Abbas İbrahim, 6. Eldar Quliyev.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 77. Məqsəd İsayev, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 66. Pərviz Azadov, 87. İlqar Əhmədov, 5. Stefan Aka, 23. Andriya Lukoviç, 17. Toni Qomes, 7. Filipe Paxtman, 19. Salifu Suma.
Baş məşqçi: Rəşad Sadıqov.

Shares: