“Qalatasaray” Leandro Paredesi transfer etməyə yaxındır. İstanbul klubu PSJ-nin satmaq istədiyi oyunçunu heyətinə qatmağa əsas namizəddir.

Futbolinfo.az xəbər verir ki, Türkiyə klubunun 6 milyon avroluq təklifi parisliləri qane edir. Argentinalı yarımmüdafiəçi şəxsi müqavilənin şərtlərində razılıq əldə etsə, keçid tamamlanacaq.

Hazırda “Qalatasaray”ın əsas rəqibi “Roma”dır. İtaliya klubu da bu futbolçu ilə ciddi maraqlanır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp