“Tottenhem”in müdafiəçisi Co Rodon icarə əsasında “Lids”ə keçib.

Futbolinfo.az Lids təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Rodon 2023/24 mövsümünün sonuna qədər bu klubun formasını geyinəcək.

Rodon 2022/23 mövsümündə icarə əsasında “Renn”də oynayıb. Uelsli futbolçu Fransa klubunun heyətində 22 oyuna çıxıb və bir qola imza atıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp