“Qarabağ”ın UEFA Avropa Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi olan Finlandiyanın HJK klubu yeni futbolçu transfer edib.

Futbolinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Helsinki təmsilçisi Burkino Faso millisinin hücumçusu Hassan Bandeni heyətinə qatıb.

Son komandası Fransa “Amyen”i olan 25 yaşlı forvardla 2025-ci ilin yayınadək nəzərdə tutulan müqavilə imzalanıb.

Bande daha əvvəl Belçikanın “Mexelen”, Niderlandın “Ayaks”, İsveçrənin “Tun” və Xorvatiyanın “İstra” klublarında da çıxış edib.

“Qarabağ” və HJK arasındakı ilk oyunda Ağdam təmsilçisi 2:1 hesablı qələbə qazanıb. Cavab matçı avqustun 17-də Helsinkidə olacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp