Angelos Postekoğlu İvan Perişiçi heyətdə saxlamaq istəyir. “Tottenhem”in baş məşqçisi legioner həyatını başa vurub vətəninə dönmək istəyən cinah müdafiəçisindən çox razıdır.

Futbolinfo.az xəbər verir ki, xorvat futbolçu vətənində “Osiek”in formasını geymək niyyətindədir. Amma “Tottenhem” müqaviləsi davam edən oyunçunu qalmağa razı salmaq üçün çalışır.

Postekoğlu Perişiçin oyunçu səviyyəsindən də məmnundur: “İvan oynayır, həm də çox yaxşı oynayır. Onun bu klubla, mənimlə yaxşı gələcəyi var. Karyerasını uzun illərdir izləyirəm. Özünə yaxşı baxır, əla peşəkardır. Mövsümlərarası hazırlıq dövrünü yaxşı keçirib”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp