“Çətin oyun oldu. Rəqibin sürətli əks-hücumları var idi”. Bunu futbolinfo.az-a açıqlamasında “Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyev deyib.

O, Avropa Liqasının 3-cü təsnifat mərhələsində Finlandiyanın HJK klubuna 2:1 hesabı ilə qalib gəldikləri matçdan danışıb: “Rəqibi daha yaxşı tanıdıq. Qalib gəldik, amma səfər oyunu öncəsi elə də böyük üstünlüyümüz yoxdur. Cəmi bir top fərqi ilə qələbə qazanmışıq. Səfərdə daha yaxşı oynamağa çalışacağıq. HJK Bakıda təhlükəli epizodlar yaradırdı. Biz öz oyunumuz haqda düşünürük. Səfərdə oyunumuzu daha da yaxılaşdırmaq üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, HJK – “Qarabağ” matçı avqustun 17-də keçirəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp