“Real” Tibo Kurtuanı əvəz etmək üçün qapıçı axtarışını davam etdirir. Zədələnərək 9 aylıq sıradan çıxan belçikalının durumu madridlləri təcili addımlara vadar edib.

Futbolinfo.az xəbər verir ki, “Mançester Yunayted”dən azad agent kimi ayrılan David de Xea ilə danışıqlara başlayan madridlilər yaşının çox olması səbəbindən onun keçidində bir o qədər maraqlı deyil. Futbolçu uzunmüddətli anlaşma istəyir, “Real” isə yalnız birillik müqavilə təklif edir.

Danışıqların müsbət yekunlaşacağına ümidi azalan “Real” indi də Yasin Bununu hədəfə alıb. 32 yaşlı mərakeşli üçün “Sevilya”nın qapısını döyən madridlilər 12 mlyon avro ödəməyə hazırdır. Əndəlüs klubu iki illik anlaşması qalan oyunçunu mövsümün startı ərəfəsində buraxmağa razı olmasa da, Bunu özü getmək istəyir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp