“Çelsi”nin argentinalı yarımmüdafiəçisi Entso Fernandes yeni mövsümdə uğurlu olacaqlarına inanır. London klubuna qışda keçən dünya çempionu uğursuz keçən yarım ili unutduracaqların ümidlidir.

Futbolinfo.az xəbər verir ki, “Benfika”dan gələn Entso həmyerlisi Mauritsio Poçettinonun başçılığı altında mövsümə uğurlu start verəcəklərinə əmindir: “Poçettino ilə hər şey haqqında danışdıq. Hazırda bur özümü ən rahat hiss etdiyim yerdir. Meydanda sərbəst oynamaq istəyirəm və bu mövsüm belə şansım olacaq. beşli yarımmüdafiə xəttində çox rahat oluram və bacarığımı göstərirəm. Yanımda biri olarkən daha artıq sərbəstliyim olur. Yeni mövsümdə məhz belə oynayıb istədiklərimizi reallaşdıracağıq”.

Fernandes ilk rəqibləri olan “Liverpul” barədə də danışıb: “Əla oyunçulara sahib çox böyük klubdur. Bunu bilirik, amma öz işimizi layiqincə görüb qələbə qazanmaq istəyirik. İlk matçlarda qalib gəlmək hər zaman önəmlidir. Bu, özünəinamı artırır”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp