Bolqarıstan çempionatında 5-ci turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Cəlal Hüseynovun komandası “Arda” da növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda Sofiya “Lokomotiv”i ilə qarşılaşıb və və 1:0 hesabıyla qalib gəlib.

Cəlal da bu matçın iştirakçısı olub. Futbolçumuz görüşün 81-ci dəqiqəsində meydana buraxılıb.

“Arda” 5 turdan sonra 7 xalla 5-ci pillədə qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp