Bu gün Misli Premyer Liqasında II tura start veriləcək. İlk oyun günündə iki qarşılaşma baş tutacaq.

Açılış matçında “Qəbələ” “Dalğa Arena”da “Araz-Naxçıvan”la üz-üzə gələcək. Saat 18:00-da başlayacaq qarşılaşmanın baş hakimi Fərid Hacıyev olacaq.

Günün digər oyununda isə “Zirə” evdə “Kəpəz”lə qarşılaşacaq. Kamal Umudlunun idarə edəcəyi görüş saat 21:00-da start götürəcək.

Misli Premyer Liqası

II tur

12 avqust

18:00. “Araz-Naxçıvan” – “Qəbələ”

Hakimlər: Fərid Hacıyev, Akif Əmirəli, Vüsal Məmmədov, Əli Əliyev

VAR: Kamranbəy Rəhimov

AVAR: Cavid Cəlilov

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Yavər Rəhimov

“Dalğa Arena”

21:00. “Zirə” – “Kəpəz”

Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Asiman Əzizli, Vüqar Həsənli

VAR: Əliyar Ağayev

AVAR: Zeynal Zeynalov

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Elman Musayev

Zirə İdman Kompleksinin stadionu

Qeyd edək ki, turun “Qarabağ” – “Turan Tovuz” və “Sumqayıt” – “Sabah” görüşləri avqustun 13-də, “Neftçi” – “Səbail” matçı isə avqustun 14-də baş tutacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp