Belçika yığmasının daha bir ulduzu sentyabrda Azərbaycan millisinə qarşı keçiriləcək AVRO-2024-ün seçmə mərhələ oyununu buraxacaq. “Mançester Siti”də çıxış edən Kevin de Brüyne zədə səbəbindən Bakıdakı matçda oynamayacaq.

32 yaşlı pleymeyker səfərdə “Bernli”ni 4:0 hesabı ilə darmadağın etdikləri Premyer Liqanın yeni mövsümünün açılış qarşılaşmasında dizindən zədə alıb. Təcrübəli oyunçu 23-cü dəqiqədə Mateo Kovaçiçlə əvəzlənib.

Qeyd edək ki, daha əvvəl Belçika yığmasının əsas qapıçısı Tibo Kurtua “Real”ın məşqi zamanı sıradan çıxıb. Qolkiperin əməliyyat olunacağı və 6-9 ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir. Sentyabrın 9-da keçiriləcək Azərbaycan – Belçika oyunu saat 17:00-da başlayacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp